Fransada davam edən irimiqyaslı nümayişlər fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 270-dən çox insanı saxlayıb.
“Qafqazinfo” BFMTV telekanalına istinadən xəbər verir ki, ölkənin əsas böyük şəhərlərində genişmiqyaslı yürüşlər keçirilir.
Polisin məlumatına görə, Lion və Nant küçələrində təxminən 20 min, Renn şəhərində isə 10 minə yaxın nümayişçi toplaşıb.
“Ölkə ərazisində ümumilikdə 272 nəfərin saxlanıldığı qeydə alınıb”, – deyə telekanalın məlumatında bildirilir.
Qeyd edək ki, Fransada aksiyalar yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı keçirilir. Paytaxt Parisdə nümayişçilərlə polis əməkdaşları arasında sərt toqquşmalar baş verib. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.
Məlumata görə, Lion şəhərində də etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaza əl atıblar.
Son xəbərlər
Son Xəbərlər