Fransada son vəziyyət - Fotolar

fransada-son-veziyyet
Oxunma sayı: 2128

Fransada pensiya islahatlarına qarşı etirazlarda Bordo şəhər meriyasının binası yandırılıb.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, binanın giriş qapısı və bir hissəsini əhatələyən yanğın qısa vaxtda nəzarət altına alınıb. Hadisəyə görə bir nəfər həbs edilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə bir milyondan çox, Parisdə isə 119 min insan küçələrə çıxıb. Bu, Paris üçün rekord sayda etirazçı deməkdir.

Məlumatda bildirilir ki, etirazların yatırılması zamanı azı 123 polis və zabit yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.

Xatırladaq ki, nümayişlərə səbəb Fransada senator və deputatlardan ibarət Müştərək Komissiyanın ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəni qəbul etməsi olub. Bununla yanaşı, pensiya islahatının yekun mətni Senatda da qəbul edilib.