Füzulidə ağır qəza - Ölən var

fuzulide-agir-qeza
Oxunma sayı: 1726

Dekabrın 18-də Füzuli rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadənin idarə etdiyi “Khazar SD” markalı avtomobil aşıb.

Belə ki, nəqliyyat vasitəsi Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə düşüb.

Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.