9-cu sinif şagirdinin meyiti tapıldı

9-cu-sinif-sagirdinin-meyiti-tapildi
Oxunma sayı: 462

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, mərhum Xaçmaz Rayon Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olub.