Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

gedebeyde-7-nefer-dem-qazindan-zeherlenib
Oxunma sayı: 1124

Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qardağ kənd sakinləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, eləcə də Gərgər kəndindən olan 2010-cu il təvəllüdlü  S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə  xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yadım göstərilib, vəziyyətlərinin normal  olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev