Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin aşması nəticəsində Asəf Tapdıqov (1973) və Azadə Məmmədova (1991) hadisə yerində həlak olub.
Sürücü Məmmədov Vüsal (1990), Məmmədov Renat (2021) və Məmmədov Amil (2020) müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralıların vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, avtomobil dərəyə aşıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər