Gələn il pensiyalar bu qədər artacaq

gelen-il-pensiyalar-bu-qeder-artacaq
Oxunma sayı: 12803

“Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Sədr bildirib ki, növbəti ildən yaşa görə pensiyanın orta məbləğinin 50 manat artırılaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artırılaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır.

Zaur Mirzə