Gəncədə 14 yaşlı yeniyetmə naməlum səbəbdən vəfat etdi

gencede-14-yasli-yeniyetme-namelum-sebebden-vefat-etdi
Oxunma sayı: 2566

Gəncədə kirayədə qalan yeniyetmə naməlum səbəbdən ölüb.

“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəflətən halı pisləşib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun xəstəxanaya gətirilərkən artıq öldüyü məlum olub.

Yaxınları yeniyetmənin  qızdırması olduğunu bildiriblər.

Qeyd edək ki, E.Ulubəyov Gəncədə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.