Gəncədə 40 yaşlı kişi bıçaqlandı - Xalası oğlu şübhəlidir

gencede-40-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 1115

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin ehtimala görə, hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev