Gəncədə küçədən 63 yaşlı kişi meyiti tapıldı

gencede-kuceden-63-yasli-kisi-meyiti-tapildi
Oxunma sayı: 1714

Gəncə şəhərində küçədən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyiti binanın yaxınlığından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, A.Hüseynov ürəktutmasından dünyasını dəyişib.

Yunis Quliyev