Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var

gencede-masin-agaca-cirpildi
Oxunma sayı: 479

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ozan küçəsində qeydə alınan qəza zamanı “Mercedes” markalı maşınla “Lada Priora” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Lada” markalı maşın ağaca çırpılıb. 

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Yunis Quliyev