“Gəncədən aviareyslər məsələsinə yenidən baxılmalıdır”

genceden-aviareysler-meselesine-yeniden-baxilmalidir
Oxunma sayı: 1584

Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib. 

Xəbəri rus dilində oxuyun: Манаф Агаев не подчинился полиции и пытался сбежать - Подробности ареста

Deputat qeyd edib ki, Gəncədən aviareyslərin həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır: “Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyəti qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

Eldar Tanrıverdi