Bakıda dəhşətli cinayət hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Səbail rayon polis idarəsindən ans press-ə verilən məlumata görə, hadisə “Sahil” metrosunun yaxınlığında baş verib.
İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.
Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.
***
Bakıda başı kəsilən gəncin kimliyi bilinib.
Səbail rayon polis idarəsindən ans press-ə verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.
***
Hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, bir nəfərin qətli ilə nəticələnən hadisənin baş verməsinə öldürülən şəxsin... iti səbəb olub.
Belə ki, öldürülən şəxs - 1989-ci il təvəllüdlü Həsən Namiq oğlu Həsənov öz iti ilə bağda gəzintiyə çıxıbmış. Onun iti cinayəti törədən və hadisə yerindən qaçan şəxsə hürüb. Elə mübahisə də bundan sonra düşüb. Mübahisə sonra davaya keçib. Bütün bu qovğa isə H.Həsənovun bıçaqlanaraq öldürülməsi ilə nəticələnib.

Son xəbərlər
Son Xəbərlər