Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib

gencler-ve-idman-nazirliyinin-kollegiyasinin-terkibi-deyisib
Oxunma sayı: 2700

“Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Gənclər və İdman Nazirliyinin kollegiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət müəyyən edilib.

Kollegiyanın üzvləri sırasına Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri daxil edilib. “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidentini isə Azəridmanservis” MMC-nin direktoru əvəzləyib.