“Geniş, düzgün və ətraflı cavabı elə Prezident verib” - Qurban Qurbanov

genis-duzgun-ve-etrafli-cavabi-ele-prezident-verib
Oxunma sayı: 1096

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində parlaq qələbə qazanması münasibətilə təbrik edib. Prezident təbrikində UEFA tərəfindən təyin edilən hakimlərin ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışdıqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında Prezidentin həmin paylaşımına münasibət bildirib:

“Əlavə şərhə ehtiyac yoxdur. Mən də sizin kimi, hirsləndim, amma özümü tez ələ ala bildim. Normaldır, futbolda belə hallar olur. Çox geniş, düzgün və ətraflı cavabı elə Prezident verib”, - Q. Qurbanov qeyd edib.