“Georgian Wings” Bakıya bugünkü reysi ləğv etdi

georgian-wings-bakiya-bugunku-reysi-legv-etdi
Oxunma sayı: 1947

Tbilisidə hökm sürən əlverişsiz hava ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 12 yanvar 2024-cü il tarixinə nəzərdə tutulan reysi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Lakin milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərədə tutulur.

Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.