Goranboyda növbəti səyyar qəbul keçirildi - Fotolar

goranboyda-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 2126

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində növbəti səyyar qəbul  keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, vətəndaşların səyyar qəbulları həyata keçirilir.

Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Qızılhacılı  qəsəbəsində səyyar qəbul keçirib.

Sakinləri dinləyən icra başçısı, mövcud problemlərin, o cümlədən, elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.