Görünüş məsafəsi məhdudlaşacaq

gorunus-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1478

Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.