ABŞ-nin Florida ştatında hökm sürən həddindən artıq soyuq hava dalğası iquanaların donmasına səbəb olub. Soyuqdan hərəkətsiz qalan yüzlərlə yaşıl iquana ağaclardan yerə düşərək, “iquana yağışı” mənzərəsi yaradıb.
“Qafqazinfo”nun xəbərinə görə, Florida Vəhşi Təbiəti Qoruma Komissiyası (FWC) soyuq havanın təsirinə məruz qalan iquanaların iki gün müddətinə vətəndaşlar tərəfindən toplanmasına müvəqqəti icazə verib.
Rəsmilər bu müddət ərzində tapılan donmuş heyvanların birbaşa aidiyyəti qurumlara təhvil verilməsi çağırışı ediblər.
Verilən icazədən sonra ərazidə hərəkətsiz vəziyyətdə olan 1000-dən çox iquana yığılaraq, səlahiyyətli orqanlara təqdim edilib. Müddət bitdikdən sonra isə tapılan heyvanların insani qaydalara uyğun şəkildə zərərsizləşdirilməsinə icazə verildiyi bildirilib.
Rəsmilər vurğulayıb ki, yaşıl iquanalar Floridada istilaçı növ hesab olunur və yerli ekosistemə ciddi ziyan vurur. Toplanan iquanaların hamısının insani şərtlər altında evtanaziya ediləcəyi açıqlanıb.




Son xəbərlər
Son Xəbərlər