Göygöl sakini həmkəndlisini bıçaqladı

goygol-sakini-hemkendlisini-bicaqladi
Oxunma sayı: 1229

Göygöl rayonunun Mollacəlilli kəndində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini Nəsrəddin Əhmədov gecə saatlarında həmkəndlisi Ayxan Nağızadəyə bıçaqla ağır xəsarət yetirib.

İlkin araşdırma zamanı hadisənin Ayxan Nağızadənin həmkəndlisi barəsində nalayiq ifadələr işlətməsi səbəbindən baş verməsi məlum olub.

Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Göygöl RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.