Göygöldə evin zirzəmisi çökdü - Dağıntılar altında qalan var+Fotolar+Yenilənib

goygolde-evin-zirzemisi-cokdu
Oxunma sayı: 8851

Göygöldə fərdi evin zirzəmisi çöküb.

“Qafqazinfo” xəbər verir ki, hadisə evdə təmir zamanı baş verib.

Dağıntılar altında 1 nəfərin qaldığı bildirilir.

Hazırda həmin şəxsin xilasetmə işləri aparılır.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

***

Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, həmin şəxsin ev sahibi Cəfərov Emin olduğu bildirilir.

***

FHN hadisə ilə bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.  

Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.

Yunis Quliyev