“Göygöl”ün 55 illiyi qeyd olunacaq

goygolun-55-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 1009

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, konsert dekabrın 25-i saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.   

Konsertdə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.