Güclü külək ağacı maşının üzərinə aşırdı - Foto

guclu-kulek-agaci-masinin-uzerine-asirdi
Oxunma sayı: 6554

Bakıda bu gün səhərdən əsən güclü külək fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, belə hadisələrdən biri də Həsənbəy Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, güclü külək nəticəsində ağac yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinin üzərinə aşıb.