Gülşən Türkiyədən gedir

gulsen-turkiyeden-gedir
Oxunma sayı: 5716

Türkiyənin məşhur müğənnisi Gülşən ölkədən getmək barədə qərar verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənninin Londona köçəcəyi öyrənilib.

Daha əvvəl İngiltərədə məskunlaşmaq qərarına gələn və oğlu Azurun orada təhsil almasını istəyən müğənni son olaylardan sonra bu qərarını qətiləşdirib.

Gülşənin bu qərarını həyat yoldaşı Ozan Çolakoğlunun da dəstəklədiyi və cütlüyün bundan sonra musiqi həyatına Londonda davam edəcəyi bildirilib.