“Gündə 50 qram için” - Lukaşenkodan məmurlara məsləhət+Video

gunde-50-qram-icin
Oxunma sayı: 8282

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusdan qorunmağın yolları ilə bağlı məsələhət verib.

“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, Belarus rəhbəri yerli icra rəhbərləri ilə görüşündə araq, sauna və tarla işlərinin virusdan qoruduğunu deyib:

“Mən içən adam deyiləm. Ancaq son zamanlar, zarafatla deyirəm ki, araqla yalnız əllərinizi yumayın, gündə 40-50 qram ondan için. Təmiz spirt virusu öldürür”.

Lukaşenko eyni zamanda, bunu iş vaxtında etməməyi məsləhət görüb.

Bundan başqa, o, məmurlara saunaya getməyi məsləhət görüb:

“Saunaya gedin. Həftədə 2-3 dəfə faydalıdır. Çinlilər bizə dedi ki, bu virus 60 dərəcə temperaturda məhv olur”.

Belarus Prezidenti üçüncü məsləhət kimi tarlada işləməyi deyib:

“Televizora baxırsan: traktorla işləyən insanların heç biri virusdan danışmır. Traktor hər kəsi sağaldır. Tarlalar hamıya şəfa verir”.