Müğənni Günel Zeynalovanın nənəsi dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb.
Sənətçi nənəsi Zərifə xanım üçün çox darıxacağını bildirib:
“Sən mənim sirdaşım, mənə hər şeyi danışan və başa salan idin. Sən “nəvələrim arasında səninlə fəxr edirəm” deyib, hər xəbərim çıxanda qəzeti alıb saxlayardın. Nənəm mən səni çox sevirəm. Nurlar içində yat. Sənin üçün çox darıxacağıq”.

Son xəbərlər
Son Xəbərlər