Gürcüstan parlamentinin sədri istefa verdi

gurcustan-parlamentinin-sedri-istefa-verdi
Oxunma sayı: 1494

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib. O qeyd edib ki, Kuçava partiyadakı işini davam etdirəcək. 

Kobaxidze əlavə edib ki, Gürcüstan parlamentinə bundan sonra təhsil və elm komitəsinin sədri Şalva Papuaşvili rəhbərlik edəcək.