Gürcüstan və Ukrayna AVRO-24-ün bir addımlığında

gurcustan-ve-ukrayna-avro-24-un-bir-addimliginda
Oxunma sayı: 3345

AVRO-2024-ün pley-off mərhələsində növbəti oyunlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda Gürcüstan millisi doğma meydanda Lüksemburq millisini qəbul edib.

Oyun Gürcülərin 2:0 hesablı qələbəsi başa çatıb.  Hər iki qolun müəllifi Budu Zivzivadze olub.

Pley-off mərhələsinin digər qarşılaşmaları çoxsaylı qolllarla başa çatıb:

A Liqası

Polşa - Estoniya (5:1),

Uels - Finlandiya (4:1).

B Liqası

Ukrayna - Bosniya və Herseqovina (2:1),

İslandiya – İsrail (4:1).

C Liqası

Yunanıstan - Qazaxıstan (5:0)

Pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan isə Yunanıstan millisi ilə üz-üzə gələcək.  Qalib komandalar Almaniyada keçiriləcək Avropa Çempionatına vəsiqə qazanacaqlar.