Gürcüstanda fövqəladə vəziyyət elan olundu - Yenilənib

Gürcüstanda fövqəladə vəziyyət elan olundu
Oxunma sayı: 8968

Gürcüstanda koronavirusla bağlı 1 ay müddətinə fövqəladə vəziyyət elan olunacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya keçirdiyi xüsusi brifinqdə bildirib.

“Virusu ehtiva etmək məqsədinə çatmaq üçün, Gürcüstan hökuməti Prezidentdən bir ay fövqəladə vəziyyət elan etməsini xahiş edib”, - deyə Qaxariya vurğulayıb.

Fövqəladə vəziyyət rejimi artıq təyin edilmiş parlament iclasından sonra elan ediləcək.

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyasına görə xüsusi hallar istisna olmaqla, əcnəbilər üçün sərhədləri 18 mart tarixindən iki həftəliyə bağlayıb. Martın 20-də isə səmanı bağlayaraq bütün istiqamətlərdə uçuşları ləğv edib.

Bu günə qədər ölkədə 47 nəfər epidemiyaya yoluxub, 1 nəfər sağalıb.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi