Gürcüstanda torpaq sürüşməsi - 3 ölü

gurcustanda-torpaq-surusmesi
Oxunma sayı: 1097

Gürcüstanda torpaq sürüşməsi nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

İnsident gecə saatlarında İmereti bölgəsində baş verib. Torpaq sürüşməsi 4 evi əhatə edib.

Hazırda 6 nəfərin axtarışları davam etdirilir. Təbii fəlakət səbəbindən yüzlərlə ev işıqsız və qazsız qalıb.