Gürcüstanın Təhsil naziri yenidən o oldu

gurcustanin-tehsil-naziri-yeniden-o-oldu
Oxunma sayı: 1230

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə təyinat olub.

“Qafqazinfo”nun Gürcüstan Prezidenti Administrasiyasının Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Nazir Georgi Qaxariyanın müvafiq fərmanı ilə bu posta Mixail Çxenkeli təyin edilib.

Qeyd olunur ki, M. Çxenkeli 2017-2018-ci illərdə elm naziri olub. Bu təyinatına qədər o, hökumət başçısının təhsil üzrə müşaviri olub.

Xatırladaq ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili 7 noyabrda istefa verib.