Haaland “Arsenal”la oyunu buraxa bilər

haaland-arsenalla-oyunu-buraxa-biler
Oxunma sayı: 2188

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland yığmanın məşqi zamanı zədələnib.

“Qafqazinfo” “A-spor”a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu axsadığı üçün meydanı tərk edib.

Beləliklə, Haaland Norveçin martda Çexiya (22 mart) və Slovakiya (26 mart) ilə yoldaşlıq görüşlərini buraxa bilər.

Hücumçunun İngiltərə çempionatının 30-cu turunun “Arsenal”la martın 31-də keçiriləcək oyununda iştirakı da sual altındadır.

Qeyd edək ki, bu mövsüm norveçli futbolçu “Mançester Siti”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol vurub və 6 qolun ötürməsini verib.