Hadisə xəstəxanaya yerləşdirildi

hadise-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 5164

Türkiyənin məşhur müğənnisi Hadisə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, sənətçi Kipr konsertinə gedərkən xəstələnib.

Məlumata görə, konsert marafonunun gərgin tempi səbəbindən müğənninin səhhətində problemlər yaranıb.

Səhhəti ilə bağlı danışan Hadisə artıq Kiprdə olduğunu və özünü yaxşı hiss etdiyini bildirib: “İstanbulda çox gözəl konsert verdim. Gecə yatdıqdan sonra səhər oyananda boynum tutulmuşdu və özümü pis hiss etdim. Müalicəmi davam etdirirəm”.

Həmçinin oxuyun: Банк Республика поддержал малообеспеченные семьи