Hakan Fidan Quterreşlə bölgədəki son hadisələri müzakirə etdi

hakan-fidan-quterresle-bolgedeki-son-hadiseleri-muzakire-etdi
Oxunma sayı: 1108

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı bölgədəki son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib, “Kipr məsələsi” və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi haqda fikir mübadiləsi aparılıb.