Müsavat başqanı İsa Qəmbər kimi dəstəkləyəcəyini hələ ki, açıqlamaq istəmədiyini bildirib.
"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, İsa Qəmbər namizədlərin seçki kampaniyasını yaxından izlədiyini bildirib:
"Gərginliklər var, bu da normaldır. Seçkidə gərginlik olur. Amma qurultaydan sonra bu gərginlik aradan qalxmalıdır.
Mən kimə səs verəcəyimi artıq bilirəm. Amma dostların xahişini nəzərə alıb fikrimi hələ ki, açıqlamıram. Qurultayın gedişində fikrimi açıqlaya bilərəm".
Başqan daha sonra bildirib ki, hələ ki memuar yazmaq fikrində deyil:
"Bunu pensionerlər edir. Pensiya yaşı kişilər üçün 63-dür, mənim isə 57 yaşım var. Yazmaq istədiyim vaxt memuar yazacağam. 22 illik kapitan kimi hakimiyyətin qapısına qol vurmamağa gəldikdə isə biz 2000-ci ildə parlament seçkilərini, bəndəniz isə 2003-cü ildə prezident seçkilərini udub. Sadəcə hakim qollarımızı qeydə almır".
***
İsa Qəmbər qurultaydan sonra özünün siyasi çəkisi ilə partiyanın işinə necə təsir edəcəyi barədə danışıb.
İ.Qəmbər "Qafqazinfo"nun bu barədə sualına cavab olaraq bildirib ki, partiyaya müdaxilə üçün xüsusi iddiası yoxdur: "Bu ya çox çətin, ya da çox asan sualdır. Məni də düşünməyə məcbur edir. Mənim Müsavat üzərində məsuliyyətim var. Təklif olunur ki, Məclis üzvü olum. Sizə bir sirr açım. Məclis üzvü elə rahat postdur ki, istəsən partiyanın qərarlarına təsir edə bilərsən, istəsən heç iclaslara da gəlmirsən. Əgər hər şey qaydasında olsa, müdaxilə etməyimə ehtiyac olmayacaq. Ümid edirəm ki, qaydasında olacaq".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər