Hakim spikerə qırmızı vərəqə göstərdi - Video

hakim-spikere-qirmizi-vereqe-gosterdi
Oxunma sayı: 2665

Ötən gecə UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Universitatya Krayova” (Ruminiya) – “Başakşəhər” (Türkiyə) görüşündə qəribə hal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, oyunun baş hakimi Daniel Şlager qeyri-adi qərarı ilə diqqət çəkib.

Belə ki, almaniyalı hakim meydan sahiblərinin üçüncü qolundan sonra spikerin emosional anonsuna görə ona qırmızı vərəqə göstərib.

Qeyd edək ki, görüş Rumıniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və onlar UEFA Konfrans Liqqasının liqa mərhələsinə yüksəliblər. 

Sözügedən görüntüləri təqdim edirik: