500 milyona satılan nefti onlar alıbmış

500-milyona-satilan-nefti-onlar-alibmis
Oxunma sayı: 1835

ABŞ-nin Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satdığı şirkətlərin adları məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb. 

Bildirilir ki, Venesuela neftinin ilk partiyası “Vitol” treyder şirkətinə satılıb. 250 milyon dollarlıq sövdələşmə ABŞ administrasiyasının 50 milyon barrelə qədər Venesuela xam neftinin satılmasına dair planın bir hissəsidir. Bu şirkətin baş treyderi olan Con Eddisonun ABŞ Prezidenti Donald Trampı dəstəkləyən siyasi komitələrə təxminən altı milyon dollar ianə ayırdığı məlumdur. 

Xammalın qalan hissəsini isə təxminən eyni qiymətə böyük treydinq şirkəti olan “Trafigura” alıb. ABŞ-nin Energetika Nazirliyi bu şirkətlərin seçilməsini onların neft üçün ilk ödənişləri operativ şəkildə etməyə hazır olması ilə izah edib.

Xatırladaq ki, ötən gün ABŞ-nin Venesueladan müsadirə edilən neftin ilk partiyasını 500 milyon dollara satdığı barədə xəbər yayılmışdı.