Hakimiyyətin Olimpiya narahatçılığı

hakimiyyetin-olimpiya-narahatciligi
Oxunma sayı: 4429


“Qafqazinfo” Azadlıq qəzetinə istinadən xəbər verir ki, Azərbaycanda keçirilməli olan Olimpiya Oyunlarını təhlükə altına bir neçə hadisə ala bilər. Onlardan biri Qarabağda genişmiqyaslı hərbi əməliyyatların keçirilməsidir. Əgər söhbət bu təhlükədən gedirsə, bu, Azərbaycan hakimiyyətindən asılı olmayan səbəbdir.

Amma ekspertlər daha bir təhlükənin beynəlxalq sanksiya olduğunu düşünür. Yəni hakimiyyətin yürütdüyü aqressiv daxili siyasət Olimpiya Oyunlarına ev sahibliyinin Azərbaycanın əlindən alınması ilə nəticələnə bilər. Amma bu səbəbin ortadan qaldırılması hakimiyyətin əlindədir. Hakimiyyət sanksiyaları doğuran siyasi məhbus problemini həll edəcəyi təqdirdə beynəlxalq sanksiyalardan yayına bilər. 

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, “Evrovision” yarışmasında Azərbaycana təzyiqlər iki formada özünü göstərirdi. Birinci istiqamət Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı beynəlxalq təzyiqlər idi. Ikinci istiqamət isə “Evrovision” yarışmasında radikal Islamçı qrupların terror aktı törətməsi təhlükəsi idi. M.Əliyev hesab edir ki, hər iki təzyiq hazırkı yarışmaya da şamil edilə bilər: “Son bir həftədir ki, şəhərdəki pullu dayanacaqlarda avomobillərə baxış keçirilir. Bu isə təhlükəsizlik qaydalarının artırılması deməkdir”.