Hakkaridə qarın qalınlığı 5 metrə çatdı - Fotolar

hakkaride-qarin-qalinligi-5-metre-catdi
Oxunma sayı: 386

Türkiyədə Hakkarinin Yüksekova rayonunda bəzi yüksəkliklərdə qarın qalınlığı 5 metrə çatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2000 metrdən yüksəkdə yerləşən hərbi baza ərazisinə çıxışı təmin edən yollar qrupların gərgin çalışması ilə açılmağa başlayıb.

Yüksekovadan təxminən 40 kilometr məsafədə yerləşən Onbaşılar kəndinin Çobanpınar ərazisindəki hərbi baza yolunda, 2135 metr yüksəklikdə, son qar yağışı bəzi yerlərdə 5 metr qalınlığında qar yığılıb.

Yüksəkova Rayon Xüsusi İdarə qrupları yolun nəqliyyata açılması üçün işə başlayıb. Qar təmizləmə əməliyyatları fasiləsiz davam edir, açılmış yolda isə bəzi yerlərdə qar tunelləri əmələ gəlib.

Beş gün davam edən işlər nəticəsində ümumi 6 kilometrlik yolun 3 kilometri artıq nəqliyyata açılıb, qalan hissədə isə işlər davam edir.