Hamilə xəbərindən danışdı- - "Arzulamışam ki, dörd övladım olsun"

hamile-xeberinden-danisdi-
Oxunma sayı: 2434

 

Axşam.az-ın əməkdaşı ilə söhbətində iki qız anası olan sənətçi xəbərləri inkar etməyib:

“Həmişə arzulamışam ki, dörd övladım olsun. Buna tezliklə nail olacağam. Yanvarın 23-də Bakıya qayıdıram. O zaman hamiləliyimlə bağlı dəqiq məlumat verəcəyəm. Sadəcə, onu deyim ki, bu xəbər məni üzmədi, əksinə sevindirdi”.

Rəqsanə həyat yoldaşının ona aldığı Yeni il hədiyyəsindən də söz açıb:

“Moskvada keçirilən sərgidə bir rəssamın əsəri xoşuma gəldi. İlham (həyat yoldaşı – red.) bayram günü onu mənə bağışladı. Çox dəyərlidir. Bakıya gələndə gətirib evimə qoyacağam. Həyat yoldaşım həmçinin söz verib ki, Aydan Salahovanın bəyəndiyim bir əsərini də mənə alacaq".