Hansı halda şəxsi avtomobillə hərəkətə icazə verilir? - DİN-dən açıqlama

hansi-halda-sexsi-avtomobille-herekete-icaze-verilir
Oxunma sayı: 17341

Daxili İşlər Nazirliyi tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə hansı əsasda icazə verilməsinə aydınlıq gətirib.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən ərazilərdə avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə göndərməklə konket müddətə icazə aldıqda yol verilir.

Qeyd edək ki, aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudlaşdırılır.