Hava 3 gün dumanlı olacaq

hava-3-gun-dumanli-olacaq
Oxunma sayı: 1731

Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan fevralın 15-dək  fasilələrlə duman olacağı gözlənilir. 

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.