“Heç bir ölkənin müstəmləkəsi olmayacağıq”

hec-bir-olkenin-mustemlekesi-olmayacagiq
Oxunma sayı: 6588

ABŞ-nin Venesuelaya müdaxiləsindən və Prezident Nikolas Maduro ilə həyat yoldaşının tutulmasından sonra Venesuela Müdafiə Şurası fövqəladə iclas keçirib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən vitse-prezident Delsi Rodrigez ABŞ-dən Prezident Maduronun dərhal azad edilməsini tələb edib.

Rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.

“Venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən Rodrigez Nikolas Maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.

O, ABŞ administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:

“Venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.

Rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.