Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır

hecc-ziyareti-ucun-sened-qebuluna-baslanilir
Oxunma sayı: 1130

Bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında qeyd edilib.

Məlumata görə, sənədlərin qəbulu 12 fevral 2024-cü ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edək ki, Həcc ziyarəti üçün ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti,  3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.