Həftənin ən yaxşı oyunçuları - ÇL və AL-də!

heftenin-en-yaxsi-oyunculari
Oxunma sayı: 2481

Çempionlar Liqası və Avropa Liqasında həftənin futbolçularının adı müəyyənləşib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Çiro İmmobile ÇL-in, Mixael Qreqoriç isə Avropa Liqasında oyunçusu seçilib.

33 yaşlı italiyalı turnirin qrup mərhələsinin 5-ci turunun “Seltik”lə görüşündə (2:0) əvəzetmədən meydana daxil olaraq dubla imza atıb. 

Qreqoriç isə "Frayburq"un heyətində Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la qarşılaşmada (5:0) het-trik edib, bir məhsuldar ötürmə ilə yadda qalıb.