“HƏMAS hərəkatı dağılmaq ərəfəsindədir”

hemas-herekati-dagilmaq-erefesindedir
Oxunma sayı: 1782

“HƏMAS hərəkatı dağılmaq ərəfəsindədir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Departament rəhbəri bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı əməliyyatda dönüş nöqtəsinə yaxınlaşır:

“Biz HƏMAS-ın Cəbəliyyə və Şucayyadakı son qalalarını məhv edirik... Onlar dağılmaq ərəfəsindədir”.

Qalant HƏMAS batalyon komandirlərini təslim olmağa və canlarını xilas etməyə çağırıb.