HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq

hemas-ve-israil-girovlarin-azad-edilmesine-sabah-baslayacaq
Oxunma sayı: 700

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı əldə edilən atəşkəs razılaşmasının şərtlərinə əsasən, İsrail ordusuna Qəzzada ilkin geri çəkilməsini başa çatdırmaq üçün 24 saat vaxt verilib. HƏMAS isə geri 20-nin sağ olduğu düşünülən 48 girovu 72 saat ərzində azad etməlidir.

İsrail girovların qarşılığında 2000-ə yaxın fələstinli məhbusu azad edəcək.

“İsrail sizin yaxınlarınızın - bizim yaxınlarımızın, girovların azad edilməsi prosesinin bazar ertəsi səhər başlayacağına inanır. Yaşayan girovlar bizə təhvil veriləcək və ölən girovların qalıqlarının da bizə təhvil veriləcəyi gözlənilir”, - İsrail hökumətinin girovlar üzrə nümayəndəsi Qal Hirş bildirib.

O əlavə edib ki, ölən girovların cəsədləri kimliyi müəyyən edilmək üçün “ağrılı və hörmətli bir mərasimlə” Məhkəmə Tibb İnstitutuna təhvil veriləcək.