Sosial şəbəkələrdə tikintisi jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi barədə məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı sözügedən nazirlik açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:
“Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”.