“Həmin ərazidə ağac kəsilməyib”

hemin-erazide-agac-kesilmeyib
Oxunma sayı: 2340

“Bakının Xətai rayonu Nobel prospekti 189 ünvanında heç bir ağac kəsimindən söhbət getmir. Həmin ərazidə ağac yox, yalnız kol-kos bitkiləri olub”. 

Bunu “Qafqazinfo”ya Xətai Rayon İcra Hakimiyytinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. 

Onun sözlərinə görə, qeyd olunan ərazi fiziki şəxsə məxsus özəl mülkiyyətdir və bütün sənədləri də qaydasındadır: 

“Ərazinin bütün aidiyyati dövlər qurumları tərəfindən verilən sənədləri, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünün də rəyi var. Nazirliyin dediyi kimi, həmin ərazidə 30 ağac kəsilməyib. Ümumiyyətlə, həmin ərazidə ağac yoxdur. Bizim əlimizdə həmin sahənin 2017-ci ildən bəri vəziyyətini əks etdirən fotoşəkillər var. Şəkillərdən də görünür ki, orada ağac olmayıb, yalnız kol-kos olub”, - P. İmanov qeyd edib.

Qeyd edək ki, ETSN nazirliyə daxil olan şikayət əsasında bu gün gecə saatlarında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ünvanda araşdırma aparıldığını və orada hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı açıqlamışdı.