Bakıda terror aktı törətməyə cəhd edərkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan M.H.Hüseyinzadənin bu əməli hansı inzibati binada törətmək istədiyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, İsrailin “The Jerusalem Post” nəşri sözügedən hadisənin İsrailin Bakıdakı səfirliyində baş verdiyini yazıb.
Məlumatda İsrailin Bakıdakı səfirliyinə qarşı hücum planlaşdıran silahlı şəxsin Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunub. Bildirilir ki, həmin şəxs səfirliyin əməkdaşlarına zərər vurmağı planlaşdırıb.
Həmçinin bu xəbəri oxuyun: Американский цинизм открыто стал на армянскую сторону
Həmçinin İsrailin “Ynet” portalı tutulanın İranəsilli olduğunun güman edildiyini də əlavə edib.
Qeyd edək ki, bu, Bakıda qeydə alınan ikinci belə bir hadisədir.